Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN-Xidmət) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı monitorinqlərinə davam edir.
Bu barədə ASAN-Xidmət məlumat yayıb.
Xəbərdə bildirilir ki, Mərkəz 12 səyyar monitorinq keçirib. Bu, 38 hüquqi və fiziki şəxsi əhatə edib:
«Yoxlanan 386 işçidən 250-nin müqavilə ilə, 136-nın isə müqaviləsiz işlədiyi aşkar olunub. Yoxlanan işçilərin 35 faizində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan fəaliyyət aşkar edilib».
Monitorinq nəticəsində aşkar olunan faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.