-
NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, Qərb alyansıyla Rusiya arasında Ukraynanın şərqindəki münaqişəylə bağlı “fundamental fikir ayrılıqları” qalmaqdadır.
“Bizim dialoq asan deyil, elə bu səbəbdən bu dialoq vacibdir”, – Stoltenberg oktyabrın 26-da NATO səfirlərinin Brüsseldə alyansın qərargahında Rusiyanın səfiri Aleksandr Grushko ilə görüşündən sonra deyib.
NATO rəhbəri NATO-Rusiya Şurasının son iclasını Ukrayna, Əfqanıstan, şəffaflıq və risklərin azaldılması üzrə “səmimi və açıq müzakirə” adlandırıb.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra tərəflər arasında gərginlik yaranıb.