Azərbaycan və Almaniya hərbi əməkdaşlığı

Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi və Almaniya Federal Müdafiə Nazirliyi arasında oktyabrın 26-sı Bakıda danışıqlar keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu «2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı»na uyğun olaraq təşkil edilib.

Məlumatda bildirilir ki, danışıqlarda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib.

«Hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb», - deyə məlumatda vurğulanır.