Pakistanda dünyəvi siyasətçi öldürülüb

Pakistan, arxiv fotosu

-

Pakistanda dünyəvi Awami Milli Partiyasının lideri qardaşıyla birlikdə ölkənin cənub-qərbində avtomobil partlayışında həlak olublar. Məlumatı partiya və hökumət rəsmiləri yayıb.

Hücum oktyabrın 27-də Kvetta şəhərindən 200 kilometr şimalda yerləşən Harnayda törədilib. Öldürülən siyasətçinin adı Abdul Razzak-dır. Partiya rəsmisinin ölkə mediasına bildirdiyinə görə, Razzak-ın maşınına 5-6 kiloqramlıq partlayıcı maddə yerləşdirilib.

Həmin şəxslər partiyanın Kvettada toplantısına gedərkən maşın partlayıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Awami Milli Partiyası Pakistan hökumətini devirmək istəyən islamçı yaraqlılara qarşı mövqeyilə tanınır.

Pakistan hakimiyyəti ölkə boyunca yaraqlılarla savaşır.