-
Şimali və Mərkəzi Avropada güclü küləklər azı altı nəfərin ölümünə səbəb olub. Herwart tufanından ölüm halları Almaniya, Polşa və Çexiya Respublikasında baş verib.
Rəsmilər oktyabrın 29-da bildiriblər ki, Polşa və Çexiyada ağacların aşması dörd nəfərin həyatına son qoyub, minlərlə adam elektriksiz qalıb. Bəzi yerlərdə küləyin sürəti saatda 180 kilometrə çatıb.
Almaniyada 63 yaşlı bir kişi düşərgədə, bir qadınsa Baltik dənizində motorlu qayığın aşması nəticəsində həlak olub.
Almaniyanın şimalında ağaclar relslərin üzərinə düşdüyündən dəmiryol nəqliyyatının hərəkətinə maneələr yaranıb.