İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var

Sizin brauzer HTML5-i dəstəkləmir

"Arvadım İŞİD-ə qoşulub"

«İraqda saxlanan azərbaycanlı qadınların, uşaqların işi ilə bağlı Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur».

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. O vurğulayıb ki, ilk növbədə İraq hökuməti ilə həmin insanların Azərbaycana gətirilməsi yolları və gələcək taleləri müzakirə ediləcək:

«Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək».

Bir müddət əvvəl İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan ikiyaşlı Xədicə və dördyaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Onların Azərbaycandan döyüşməyə gedən şəxslərin uşaqları olduğu bildirilirdi. Daha sonra Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.