-
Vəzifədə bir neçə həftəsi qalan Qırğızıstan prezidenti Almazbek Atambaev “ölkənin 2040-cı ilədək sabit inkişafını hədəfləyən milli strategiyanı” yekunlaşdırır.
Yeni prezident seçilmiş keçmiş baş nazir Sooronbai Jeenbekov dekabrın 1-də işə başlayır.
Atambaev-in mətbuat xidməti isə oktyabrın 30-da onun qısamüddətli tətilə çıxdığını bildirib.
Məlumatda bildirilir ki, Atambaev “Qırğızıstan-2040” adlı uzunmüddətli inkişaf proqramının “son variantını yekunlaşdırmağı” planlaşdırır. O, proqramla bağlı müzakirələrə apreldə başlayıb.
Qonşu Qazaxıstanda da oxşar proqram var, prezident Nursultan Nazarbaev 1990-cı illərdə ölkənin 2030-cu ilədək inkişafı üzrə strategiya elan edib, 2012-ci ildə isə onu “Qazaxıstan-2050” ilə əvəzləyib.
Atambaev bir müddətdə artıq prezident postunda qala bilməzdi. Ancaq tənqidçilər onun vəzifədən gedəndən sonra da nüfuzunu saxlamağa çalışmasından narahatdır.
Tənqidçilər həmçinin iddia edirlər ki, o, Jeenbekov-un oktyabrın 15-də prezident seçilməsindən ötrü prezident nüfuzundan yararlanıb. Mərkəzi Seçki Komissiyası Jeenbekov-un səslərin 54 faizini topladığını bildirib.