Shinzo Abe yenə baş nazirdir

Shinzo Abe

Shinzo Abe

Yaponiya parlamentinin aşağı palatası Shinzo Abe-ni yenidən baş nazir seçib. Abe-nin partiyası ötən ay keçirilən növbədənkənar seçkidə qələbə çalıb.

2012-ci ilin dekabrından baş nazir olan Abe noyabrın 1-də 465 yerlik palatada səslərin 312-ni alıb. Onun elə bu gün öz nazirlərini yenidən vəzifəyə qoyacağı gözlənir.

63 yaşlı Abe sentyabrın sonunda parlamentin aşağı palatasını buraxıb. Müşahidəçilərin fikrincə, bu addımın məqsədi yenidən ictimai mandat qazanmaq, hakimiyyətini gücləndirmək idi. Abe-nin reytinqi yayda kəskin düşmüşdü.

Onun Liberal Demokratik Partiyası oktyabrın 22-də keçirilmiş seçkidə səs çoxluğunu qazanıb. Koalisiya tərəfdarı olan Komei partiyasıyla birlikdə aşağı palatada yerlərin üçdə ikisini əldə edib.

2014-cü ilin dəyərləndirməsinə görə, Yaponiyanın 127 milyonluq əhalisinin üçdə birinin yaşı 60-dan yuxarıdır.