Noyabrın 3-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir. Səhər yarımadanın bəzi yerlərində çiskin gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 7-10, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bir elə yağıntı olmayacağı bildirilir. Səhər bəzi yerlərdə duman olacağı ehtimal edilir. Gecə 5-10, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.