ƏDV-dən azad edilən malların siyahısı təsdiqlənib

Arxiv fotosu

Prezident İlham Əliyev bu gün, noyabrın 2-si idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilən xammal və materialların siyahısını təsdiq edib

O bundan ötrü “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 6 may tarixli 227-VQD nömrəli qanunun tətbiqi ilə əlaqədar fərman verib.

Nazirlər Kabineti prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etməlidir.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

Digər sənəd və normativ aktlar da bu fərmana uyğunlaşdırılmalıdır.

Söhbət, yandırılmış piritdən, alüminium filizlərindən, dəmir filizinin birbaşa reduksiya məhsullarından, qara metalların tullantılarından, sobalarda istifadə olunan elektrodlardan və başqa materiallardan gedir.