Milli Məclisin deputatı Məlahət İbrahimqızı sabah, noyabrın 6-sı Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, O NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak edəcək.
Buna da bax: NATO Rusiyanın potensial hücumunu dəf etməyə hazırdırmı?
Tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırkı iqtisadi durum, Bosniya və Herseqovinanın inkişaf perspektivləri müzakirə ediləcək. Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında da müzakirələr aparılacaq.
Səfər noyabrın 10-da başa çatacaq.