Havanın soyuyacağı, qar gözlənilir

Yağış

Noyabrın 7-i Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı bildirilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskin gözlənir. Üstəlik, şimal-qərb küləyinin əsəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-13 , gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da gündüz yağış yağmayacağı bildirilir. Ancaq gecə və axşam bəzi yerlərdə yağış yağacağı təxmin edilir. Gecə 5-10, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti gözlənilir.

Bir neçə gün davam edən mülayim havadan sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı bildirilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Havanın temperaturunun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənir.