Kiyev aeroportunda jurnalistlərə hücum ediblər

Viktor Medvedchuk

AzadAvropa/AzadlıqRadiosu-nun və Ukraynanın UA: Pershiy (Birinci) telekanalının birgə layihəsində çalışan jurnalistlərə hücum olub. Jurnalistlərə Kiyevin Zhulyany aeroportunda maskalı mühafizəçilər hücum ediblər. Media təmsilçiləri rusiyapərəst Ukraynanın Seçimi təşkilatının lideri Viktor Medvedchuk-un Rusiyadan gəlişi barədə reportaj üzərində işlərkən belə bir insident baş verib.

AzadlıqRadiosu-nun Ukrayna xidmətindən Skhemy (Sxemlər) layihəsində çalışan Mykhaylo Tkach Facebook-da yazıb ki, maskalılar jurnalistlərə noyabrın 7-də axşam hücum ediblər, siyasətçinin gəlişini çəkməyə onlara imkan verməyiblər.

Tkach yazıb ki, həmin maskalılar Zhulyany aeroportunda Medvedchuk üçün işləyən mühafizəçilər olub, o, Moskvaya gedəndə, yaxud Rusiyadan səfərdən qayıdanda onun ətrafında olurlar.

Skhemy layihəsinin baş redaktoru, AzadlıqRadiosu-nun Ukrayna xidmətinin jurnalisti Natalia Sedletska-nın sözlərinə görə, Medvedchuk-un mühafizəçiləri artıq bir neçə həftədir onun komandasının işini pozmağa çalışır.

Ukrayna siyasətçisi olan Medvedchuk-un Rusiya prezidenti Vladimir Putin-lə sıx şəxsi əlaqələri var. O, Ukraynanın şərqindəki münaqişənin həllinə yönəlik danışıqlarda daim iştirak edir.

Bu hücumla bağlı Medvedchuk-dan, yaxud Ukrayna hakimiyyətindən bəyanat gəlməyib.