BMT-nin humanitar məsələlər üzrə rəhbəri xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanı koalisiyası Yəmənə giriş limanlarına blokadanı qaldırmasa, bu ölkə “indiyədək dünyanın görmədiyi ən böyük aclıqla üzləşər, milyonlar buna qurban gedər”.
Mark Lowcock noyabrın 8-də BMT Təhlükəsizlik Şurasında qapalı brifinqdən sonra BMT-ni və humanitar yardım təşkilatlarını Aden və Sanaa şəhərlərinə daimi uçuşları dərhal bərpa etməyə çağırıb. O, həmçinin bütün limanlara dərhal çıxış tələb edib, özəlliklə ərzaq, yanacaq, dərman və digər vacib təchizatlardan ötrü.
Səudiyyənin rəhbərlik etdiyi koalisiya ölkədə 3 ildir gedən vətəndaş müharibəsində Yəmən hökumətini dəstəkləyir.
Ötən həftə husi yaraqlılarının Ər-Riyada doğru atdığı raket vurulandan sonra Yəmən limanlarının blokadası gücləndirilib.