Bəzi rayonlarda yağış gözlənir

Yağış

Noyabrın 11-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 9-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı açıqlanıb. Gecə 6-11, gündüz 14-19, dağlarda 0-5, gündüz 7-12 dərəcə isti təxmin edilir.