Ərbəinə 13 milyon şiə toplaşıb

Bağdaddan Kərbəlaya gedən zəvvarlar

Bağdaddan Kərbəlaya gedən zəvvarlar

İraqın müqəddəs Kərbəla şəhərində Ərbəin mərasiminə 13 milyondan çox adam toplaşıb. Bunu İraqın baş şiə ruhanisi deyir.

Ərbəin Məhərrəmlik ayının sonu, Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseyn üçün saxlanan yas mərasimi bitəndə keçirilir.

Böyük Ayatollah Ali al-Sistani cümə günü İraqın təhlükəsizlik qüvvələrini Kərbəlaya girib-çıxan yolları qoruduqlarına görə alqışlayıb.

Sistani-nin təmsilçisi olan şeyx Abdul-Mahdi al-Karbalai cümə namazından sonra baş ruhaninin mesajını çatdırıb.

İmam Hüseyn eramızın 680-ci ilin Kərbəlada qətlə yetirilib və onun ölümü sünnilərlə şiələr arasındakı uçurumu dərinləşdirib.

Ərbəin bütün dünya şiələri tərəfindən qeyd olunur, İran və Livanın cənubuna da xeyli zəvvar toplaşır.