Deputatlar AŞPA-nın iclasına qatılacaq

Avropa Şurası

Avropa Şurası

Milli Məclisin deputatları Müslüm MəmmədovVüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) toplantısına qatılacaq.

Milli Məclisin məlumatında bildirilir ki, deputatlar AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin Parisdə keçiriləcək iclasına qatılacaq. İclasın noyabrın 12-də keçiriləcəyi bildirilir.

Tədbirdə Vəkillik haqqında Avropa Konvensiyası, mütəşəkkil cinayətkarlıqla mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi və yeni məruzəçilərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.