Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xəzər rayonunda əl qumbarası aşkarlanması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, onlara Fövqəladə Hallar Nazirliyindən Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1 ədəd qumbaranın olması barədə məlumat daxil olub.
«Agentliyin mütəxəssisləri noyabrın 13-ü həmin ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb», - məlumatda vurğulanır.
Məlumatda bildirilir ki, aşkar olunan əl qumbarasının ətrafında 35 kvadratmetr əraziyə yerüstü baxış keçirilib. Bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.