Braziliya xarici əlaqələr naziri Azərbaycana gəlir

Rio-de-Janeyro

Noyabrın 15-i Braziliyanın xarici əlaqələr naziri Aloysio Nunes Ferreiranın Azərbaycana rəsmi səfəri gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfər çərçivəsində o, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşməlidir.

Görüşlərdə ikitərəfli əməkdaşlıq və bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.