NİDA üzvünün həbs edildiyi bildirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

'Bunun arxasında Azərbaycan hökumətinin şəxsi maraqları durur' - Müzakirə

NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Dənizin saxlandığı deyilir.

Bu haqda AzadlıqRadiosuna hərəkatdan bildiriblər.

NİDA-çının siyasi məzmunlu fəaliyyətinə və sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə saxlanıldığı deyilir.

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər məsələ barədə detallı məlumat əldə edə bildiklərini söyləyib. Onun sözlərinə görə, Ü.Dənizi Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. NİDA-çının polisin qanuni göstərişinə əməl etməməkdə (İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi) günahlandırıldığı söylənir.

Rayon məhkəməsinin qərarı ilə hərəkat üzvünə 15 sutka inzibati həbs cəzası verildiyi deyilir.

Ü.Dənizin həbsi ilə bağlı deyilənlərə hələlik nə daxili İşlər Nazirliyindən, nə də Xətai Rayon Məhkəməsindən münasibət almaq mümkün olub.

XATIRLATMA

NİDA Vətəndaş Hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir.

Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Üç həftə əvvəl NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin isə möhlət hüququ olsa da, hərbi xidmətə aparıldığı deyilir.