Çərşənbə axşamı ABŞ-ın Kaliforniya ştatının şimal-qərbindəki Red Bluff qəsəbəsində yarıavtomat tüfəng və tapançalarla silahlanmış bir şəxs müxtəlif obyektlərə, o cümlədən ibtidai məktəbə atəş açıb. Dörd nəfərin öldürüldüyü, iki uşaq daxil olmaqla on nəfərin yaralandığı bildirilir. Atəş açan polislə atışmada öldürülüb.
Hüquq-mühafizə orqanları nə hücum edənin adını, nə də hərəkətlərinin motivini açıqlayırlar. Onun yerli sakin olduğu, hər şeyin “qonşularla səs-küylü mübahisədən” başladığı bildirilir.
Hücum edənin konkret hədəfi olmayıb, qaçırdığı pikapdan hara gəldi atəş açıb. Onun yeddi məkana atəş açdığı, məktəbin qabağını tələsik tərk etdiyi bildirilir.
İnsident ümumilikdə 45 dəqiqə çəkib. Qonşuların sözlərinə görə, onlar daha öncə polisə həmin şəxsin odlu silahla təhlükəli davranışından şikayətləniblər.
Redd Bluff-da mobil telefon əlaqəsi yoxdur, yerli sakinlər baş verənlərdən Facebook sosial şəbəkəsindən xəbər tutublar.