Noyabrın 16-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal edilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da noyabrın 16-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı bildirilir. Gecə 7-12, gündüz 15-19, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti təxmin edilir.