Kataloniya səsverməsində Rusiya izi axtarırlar

Rusiyada Kataloniyanın müstəqilliyinə dəstək aksiyası

Kataloniyadakı səsverməylə bağlı sosial mediada mesajların çoxu “Rusiya ərazisindən gəlib”, ancaq hökumətə bağlılıq hələ sübut olunmalıdır. Bunu İspaniyanın müdafiə naziri Dolores de Cospedal Avropa Birliyinin xarici işlər və müdafiə nazirlərinin görüşündə deyib.

“Kataloniyadakı referendum və ondan sonrakı hadisələr ətrafında dezinformasiya və manipulyasiya məsələsini qaldıracağam”, – bunu isə İspaniyanın xarici işlər naziri Alfonso Dastis bildirib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un noyabrın 15-də deməsinə görə, Madrid Rusiyaya qarşı ittihamlar səsləndirməklə İspaniyadakı ən pis siyasi böhrandan diqqəti yayındırır.

“Çox güman, onlar bu cür qalmaqalları, sensasiyalı isteriya yaratmaqla elektoratım diqqətini ölkələrindəki problemləri həll edə bilməmələrindən yayındırmağa çalışırlar”, – Lavrov Belarusa səfəri zamanı söyləyib.