Noyabrın 16-sı Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7002 səviyyəsində formalaşıb.
Bu gün, noyabrın 16-da da elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7002 manata bərabər olmuşdu.
Bu ilin əvvəlindən bu yana isə manatın dollara nisbətdə 4 faiz bahalaşdığı bildirilir.