Azərbaycanda yenə zəlzələ qeydə alınıb.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ bu gün, noyabrın 16-sı saat 20:44-də, Bərdədən 8 km cənub-qərbdə baş verib.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Buna da bax: Ağdam rayonunda 127 evə ziyan dəyib, bir ev uçub [zəlzələ]
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Dünən, noyabrın 15-i də gecə Azərbaycanın Ağdam rayonu ərazisində 6 bala yaxın zəlzələ baş vermişdi. Nəticədə bundan Ağdam rayonunda 100-dən çox, Tərtər rayonunda isə 20-yə yaxın ev ziyan çəkmişdi. Hər iki rayonda iki ev tamamilə dağılıb. Ölən və yaralanan isə olmamışdı.