Siciliya mafiya bossu dünyasını dəyişib

Toto Riina

20-ci əsrdə Siciliyada ən nüfuzlu mafiya bosu olmuş Salvatore "Toto" Riina həbsxanada dünyasını dəyişib. Bu haqda İtaliya mediası yazıb.

Onun həbsdə öz əcəliylə öldüyü bildirilir.

Riina noyabrın 17-də səhər tezdən İtaliyanın şimalındakı Parma şəhərində xəstəxanada ölüb.

O, 1969-1992-ci illərdə törətdiyi qətllərə görə 26 ömürlük cəzaya məhkum edilmişdi. 25 ilə yaxındı həbsdəydi.

Riina-nın noyabrın 16-da 87 yaşı tamam olmuşdu.