Komanda-qərargah hərb oyunlarının (KQHO) növbəti mərhələsi bu gün, noyabrın 18-i Hərbi Dəniz Qüvvələrində keçirilib.
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, nazirliyin rəhbər heyəti komanda idarəetmə məntəqəsindən dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini, eləcə dəatışlarını izləyiblər.
Buna da bax: E.Məmmədyarov: 'Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb'
Noyabrın 18-i təlimlər zamanı Xəzər dənizindəki ərazi sularında olan enerji infrastrukturlarının mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin gəmi qrupunun əməliyyatlarının planlaşdırılması həyata keçirilib. Təlimlərə xüsusi təyinatlıların şəxsi heyəti,gəmilər, katerlər və helikopterlər cəlb olunub.
Müdafiə naziri Zakir Həsənov təlimlərdən sonra bölmələrinpraktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Xatırlatma
Noyabrın 16-sı Azərbaycan Silahlı Qüvvələrində komanda-qərargah hərbi oyunları başlayıb.
Hərbi oyunlarnoyabrın 20-dək davam edəcək. Nazirliyin məlumatına görə, oyunların keçirilməsində əsas məqsəd idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsidir.