Qərb rayonlarında yağış gözlənir

Yağış (arxiv fotosu)

Noyabrın 20-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Noyabrın 20-i Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir.

Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb rayonlarında çiskinli yağış yağacağı vurğulanır. Gecə 5-10, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti təxmin edilir.