Rusiya radiasiyanı təsdiqləyir

Qazaxıstandan qaynaqlandığı bildirilən radiasiya sızmasının xəritəsi

Sentyabrın sonunda Rusiyanın bir neçə hissəsində radioaktiv ruthenium-106 izotopunun “aşırı yüksək” konsentrasiyası qeydə alınıb. “Frans Pres” agentliyinin yazdığına görə, bunu Rusiyanın meteoroloji xidməti təsdiqləyib.

Bu ayın əvvəlində Avropadan gələn məlumatlarda bildirilirdi ki, Ru-106 radioizotopundan ibarət bulud qitənin üzərində dolaşıb və buludun ya Rusiyanın Ural regionundan, ya da Qazaxıstandan gəldiyi güman edilib.

“Frans Press” Rusiya meteoroloji xidmətinə istinadla bildirir ki, yüksək konsentrasiya Uraldakı Çelyabinsk regionunun Arqayaş monitorinq stansiyasında qeydə alınıb.

İzotop daha sonra Tatarıstanı, sonra Rusiyanın cənubunu və nəhayət “İtaliyadan başlayaraq bütün Avropa ölkələrini” əhatələyib.

Amma Rusiya tərəfi çirklənməyə konkret nəyin səbəb olduğunu açıqlamayıb.