Haaqa məhkəməsi səlahiyyət istəyir

Əfqanıstanda qaçqın, 19 noyabr, 2017-ci il

Beynəlxalq Cinayət Məhkəməsi Əfqanıstanda mümkün hərbi cinayətləri araşdırmağa səlahiyyət istədiyini açıqlayıb. Məhkəmə ABŞ ordusu, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA), Əfqanıstan təhlükəsizlik qüvvələri və taliban yaraqlılarının yol verdiyi bildirilən iddiaları da araşdırmaq niyyətini açıqlayıb.

Haaqa məhkəməsi bu xahişlə noyabrın 20-də çıxış edib və ilk dəfədir ki, baş prokuror Fatou Bensouda iddia edilən hərbi cinayətlərə görə amerikalıları hədəfə alır.

Bensouda deyib ki, beynəlxalq tribunalın aparacağı təhqiqat Əfqanıstandakı “demək olar total cəzasızlığı” aradan qaldıra bilər.

Prokurorun məhkəmənin hakimləri qarşısında qaldırdığı məsələ Vaşinqtonla mümkün qarşıdurma yarada bilər. Birləşmiş Ştatlar bu məhkəmənin ABŞ vətəndaşları üzərində yurisdiksiyasını qəbul etmir. Ancaq amerikanlar məhkəmənin üzvü olan ölkələrdə törədildiyi iddia olunan cinayətlərə görə mühakimə oluna bilərlər.

Taliban və müttəfiqləri isə 2009-2016-cı illərdə 17 min 700 nəfərə qarşı hərbi cinayətlər şübhəli bilinirlər.