Nyu York hücumu şübhəlisinə yeni ittihamlar

Sayfullo Saipov

ABŞ-da böyük jüri ötən ay Nyu Yorkda yük maşınıyla 8 nəfəri öldürməkdə şübhəli bilinən özbək immiqranta 22 yeni ittiham irəli sürüb. İttihamlar içində qətl və İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına dəstək də var.

29 yaşlı Sayfullo Saipov-a genişləndirilmiş ittiham noyabrın 21-də açıqlanıb. O, səkkiz nəfəri öldürməkdə, 12 nəfəri öldürmək cəhdində suçlanır.

Qətl ittihamları sübuta yetirilsə, Saipov-a ölüm cəzası kəsilə bilər.

Oktyabrın 21-də Saipov kirayə götürdüyü yük maşınını velosiped cığırındakı adamların üzərinə sürüb. Bu, 2001-ci ilin 11 sentyabr terrorundan bəri Nyu Yorkda ən çox adamın öldüyü hücumdur.

Saipov-a dərhal terrorçuluq ittihamı irəli sürülsə də, prokurorların qətl və digər ittihamları verməyə sübut toplaması bir neçə həftə çəkib.

Onun vəkili, hələlik, genişləndirilmiş ittihamnaməni şərh etməyib.