Argentinanın yoxa çıxan sualtı qayığını axtaran gəmilər və təyyarələr ilkin axtarış ərazisinə qayıdıb.
Argentiona Hərbi Dəniz qüvvələrinin sözçüsü kapitan Enrique Balbi deyib ki, noyabrın 15-də sualtı qayıqla son əlaqədən bir neçə saat sonra Amerikanın hərbi mütəxıssisləri və agentlikləri həmin ərazi yaxınlığında “hidro-akustik anomallıq” müşahidə ediblər. Kapitanın sözlərinə görə, bu məlumat, ola bilsin, qayığı axtarmağa ipucu verir.
Argentinanın sualtı qayığı San Juan-la noyabrın 15-dən əlaqə yoxdur. Qayıq Buenos Ayresin 400 km-liyindəki sularda üzürdü. Qayıqda 44 heyət üzvü var. Mütəxəsislərin dediyinə görə, qayıqdakı oksigen 7-10 günə bəs edə bilər.
Qayığın axtarışına ABŞ, Rusiya və başqa ölkələr qoşulub.
Axtraş aparılan ərazi 480 min kv km-dir. Bu, İspaniya ərazisi boydadır.