Azərbaycan millisi geriləyib

arxiv

Futbol federasiyaları assosiasiyası FİFAmilli yığmaların yeni reytinqini açıqlayıb. Azərbaycan millisi geriləyib, indi 117-cidir.

Azərbaycan Qırğızstan, Türkmənistan, Bəhreyn və hətta Müqəddəs Kitts və Nevis-dən aşağıda yer alıb.

Reytinq cədvəlinə isə Almaniya başçılıq edir. Sonrakı yerlərdə Braziliya və Portuqaliyadır.

İlk 6-lığa Argentina, Belçika, İspaniya daxildir.