Palatadan əmlak vergisinə dair yeni təklif

Hesabla Palatası

Fiziki şəxslərin vergi mexanizmi dəyişdirilə bilər.

Bunu Hesabla Palatası təklif edir.

Palatanın 2018-ci ilin dövlət büdcəsi layihəsinə rəyində bildirilir ki, hüquqi və fiziki şəxslərin kommersiya əmlak vergisi unifikasiya (ümumu bir qaydaya salma - AR) edilə bilər. Palata ekspertlərinin fikrincə, bəzi biznesmenlər vergidən yayınmaqdan ötrü daşınmaz əmlakı fiziki şəxslərin adına rəsmiləşdirir. Bu zaman vergi daha "yumşaq" sistemlə ödənilir.

“Kommersiya hüquqi şəxslər əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Fiziki şəxslər isə bu vergini sahədən asılı olaraq ödəyir. Ona görə daşınmaz əmlakın (şadlıq saraylarının, restoranların, otel komplekslərinin, habelə emal və istehsal komplekslərinin) fiziki şəxslərin adına rəsmiləşdirilməsi hallarına rast gəlinməkdədir”.

Buna görə, palata fiziki şəxslərin kommersiya əmlakından vergiyə yenidən baxılmasını təklif edilir. Bu vergi bələdiyyələrə yox, dövlət büdcəsinə ödəniləcək.

Hesablama Palatası hesab edir ki, bu, ölkədə uçot intizamının gücləndirilməsinə, o cümlədən gəlirlərin və xərclərin könüllü bəyanetmə səviyyəsinin artmasına xidmət edəcək.