Uber müştəriləri rusiyalı hakerlərdən şübhələnir

Uber apps-i

Böyük Britaniya və ABŞ-da Uber mobil taksi xidmətinin müştəriləri rusiyalı hakerlərin onların qeydiyyat bilgilərini ələ keçirməsindən şübhələnir.

“The Times” qəzeti sosial şəbəkələrdə səslənən şikayətlərə əsasən yazır ki, ödənişlər rublla silinib. İstifadəçilər ödənişlərin Moskva və Sankt Peterburq ərazisində baş verdiyini, özlərinin həmin marşrutlardan istifadə etmədiklərini bildirib.

“The Times” ümumilikdə 800 min adamın ziyan çəkdiyini yazır.

Bu yaxınlarda 2016-cı ildə Uber istifadəçilərinin haqqında bilgilərin sızdırıldığı bəlli olub.

Ancaq “The Guardian” yazır ki, hesabların sındırılması ötənilki insidentlə də bağlı ola bilər. O zaman hakerlər 57 milyon sərnişin və sürücünün adını, elektron poçt ünvanını və telefon nömrəsini oğurlamışdı. Böyük Britaniyanın rəqəmsal texnologiyalar naziri Matthew Hancock deyirdi ki, bu oğurlanmış məlumatlarla maliyyə cinayəti törətmək mümkün deyil.