Dağlıq rayonlarda qar gözlənir

Qar (arxiv fotosu)

Noyabrın 27-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ancaq axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal edilir.

Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da havanın yağmursuz olacağı bildirilir. Ancaq axşam bəzi şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə 1dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təxmin edilir.