Ulyukayev Sechin-i yalan danışmaqda suçlayır

Aleksei Ulyukayev

Pul qoparmaqda ittiham olunan Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev təqsirsiz olduğunu deyir. O, Rosneft şirkətinin rəhbəri Igor Sechin-i müstəntiqlərə yalan danışmaqda suçlayıb.

Noyabrın 27-də Ulyuakyev-in növbəti məhkəməsi keçirilib. Sechin yenə prosesə getməyib, həddən artıq məşğul olduğunu əsas gətirib. O, məhkəməyə dəfələrlə çağrılıb.

Ulyukayev Sechin-dən 2 milyon dollar qoparmaqda suçlanır, əvəzində hökumət Rosneft-in Bashneft-i almasına dəstək verəcəkmiş.

“Sechin-i heç vaxt təhdid etməmişəm”, – Ulyukayev məhkəmədə deyib.

“Onu təhdid etməyimlə bağlı ifadəsi mənə qarşı böhtana sübutdur”, – Ulyukayev bildirib.

Sechin-in vəkili isə onun yalan danışmadığını deyib.

Müstəntiqlər 2016-cı ilin noyabrında Ulyukayev-in Sechin-dən 2 milyon dollar almaqda ittiham olunur. Ulyukayev isə ona tələ qurulduğunu, çamadanda şərab butılkalarının olduğunu düşündüyünü söyləyib.