Bakıda yağış, dağlıq rayonlarda qar

Yağış

Noyabrın 30-u Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq .

Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı gözlənilir. Gecə 0-5, gündüz 7-11dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təxmin edilir.