Dövlət orqanları vakant yerləri gizlədirlər

İmtahan

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı araşdırma aparıb.

Bu barədə Mərkəzin məlumatında bildirilir.

DİM vurğulayıb ki, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda onlar barədə məlumat verilməməsi halları mövcuddur.

Mərkəz aşkar edilən pozuntuların aradan qaldırılmasının təmin edilməsindən ötrü həmin dövlət orqanlarına müvafiq məktublar göndərib.

Dövlət İmtahan Mərkəzi 2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğuna Qəbul Məsələləri üzrə Komissiyanın bazasında publik hüquqi şəxs kimi təsis edilib.