Burqaya bürünmüş talibançılar kollecə hücum edib- YENİLƏNİB

Əfqanıstan, arxiv fotosu

Pakistanda burqaya bürünmüş Taliban silahlıları ölkənin şimal-qərbində kənd təsərrüfatı universitetinin düşərgəsinə basqın ediblər, 9 nəfər nəfər öldürülüb, onlarla yaralı var.

Hadisə yerinə çağırılmış polis və hərbçilər hücum edənlərin hamısını öldürüb. İnsident Pişəvər şəhərində baş verib.

Ölənlərdən 3-4-ü hücumu təşkil edənlərdir.

Pakistanın Tehrik-e Taliban Pakistan (TTP) qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb. Ordunun sözçüsü Mohammad Khorasani belə deyib.

Pişəvər polisinin rəhbəri Tahir Khan-ın deməsinə görə, silahlılar hadisə yerinə burqaya bürünmüş halda gəliblər. Onlar düşərgəyə girməmişdən öncə mühafizəçini yaralayıblar. Beş yaralı isə xəstəxanaya aparılıb.

2014-cü ilin dekabrında TTP yaraqlıları Pişəvərdə hərbi məktəbdə 134 şagirdi öldürmüşdü.