Türkiyəli general Azərbaycanın aviabazalarında olub

Türkiyəli general Azərbaycanın HHQ-nin aviabazalarını ziyarət edib. 30noy2017

Bu gün, dekabrın 1-i Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Ramiz Tahirov Azərbaycanda səfərdə olan türkiyəli həmkarı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, görüşdə Azərbaycan və Türkiyə HHQ arasında əməkdaşlığın hazırkı durumu və perspektivi barədə fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın HHQ aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə məlumat verilib.

Türkiyə HHQ komandanı noyabrın 30-da Azərbaycana gəlib. O, Noyabrın 30-u Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşərək hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.