Bakıda və bəzi rayonlarda yağış gözlənir

Yağış (arxiv fotosu)

Dekabrın 3-də Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında isə havanın yağmursuz olacağı bildirilir. Ancaq bəzi şərq rayonlarında arabir yağış yağacağı vurğulanır. Gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.