Pambıq yığımı - 200 min tona az qalıb...

Pambıq yığımı

Dekabrın 5-dək ölkə üzrə 197 min 21 ton pambıq tədarük edilib.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Komitənin məlumatına görə, qeyd olunan göstərici ötən ilin uyğun dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur. Ötən il dekabrın 5-dək 82 min 257 ton məhsul tədarük edilmişdi.

Bu il ən çox pambıq Saatlıda toplanıb. Sonrakı yerlərdə isə Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonları gəlir. Azərbaycan rayonlarından indiyədək ən az pambıq Samuxda toplanıb - cəmi 44 ton.

Bu il həm də ötən illə müqayisədə 2.7 dəfə çox – 136 min 413.2 hektar çiyid səpilib.

Xatırlatma

Azərbaycanda pambıq tədarükü 2 ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Hökumət pambıqyığan maşınların, tezyetişən pambıq toxumlarının alınması ilə bağlı addımlar atıb.

Verilən məlumata görə, hökumət bu il azı 270 min ton pambıq toplanmasını hədəfləyib. Amma ekspertlərin fikrincə, yığım cədvəl üzrə getmir, vəd edilən həcmdə pambıq tədarük edilməyəcək.

Üstəlik, ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Çünki bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib. Ekspertlərin fikrincə, pambıqçılığın xeyri ziyanından çoxdur.