Dekabrın 5-də Çempionlar Liqasında VI turun oyunlarına start verilib.
İtaliyadakı «Olimpik» stadionunda «Roma» - «Qarabağ» oyunu keçirilib. Görüşdə Roma şəhərinin eyniadlı təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. «Roma»nın heyətində Dieqo Perotti fərqlənib.
C qrupunun Londonda keçirilən «Çelsi»-«Atletiko Madrid» oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
«Çelsi» klubu 11 xalla C qrupunun lideri olub. Eyni xala malik «Roma» ikinci, «Atletiko Madrid» 7 xalla üçüncü, «Qarabağ» isə 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.
«Roma» və «Çelsi» mübarizəni növbəti mərhələdə, «Atletiko Madrid» isə UEFA Avropa Liqasında davam etdirəcək. «Qarabağ»dan ötrü isə Avrokubok həyəcanı başa çatıb.