Dekabrın 6-da ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanını Yəmənin blokadasına “dərhal” son qoymağa çağırıb, bu ölkənin aclıqla üz-üzə qaldığını vurğulayıb.
“Administrasiya rəsmilərimə göstəriş vermişəm ki, Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyi ilə danışsınlar, Yəmən xalqının çox ehtiyac duyduğu ərzaq, yanacaq, su və dərmanların onların çatdırılmasına icazə istəsinlər”, – Trump deyib.
“Humanitar səbəblərdən bu, dərhal geçəkləşdirilməlidir”, – o söyləyib.
Yəmən hökumətiylə əlbir olan Səudiyyə koalisiyası bu ölkəni blokadaya alıb və üç ildir gedən vətəndaş müharibəsində İranın dəstəklədiyi husi yaraqlılarıyla mübarizə aparır.
BMT-nin Təhlükəsizlik Şurası dekabrın 5-də Yəməndə humanitar durumun pisləşdiyi, ölkənin “fəlakətli aclığa yaxınlaşdığı” barədə xəbərdarlıq edib.
Oxfam qlobal humanitar təşkilatı Trump-ın hərəkətini alqışlayıb.
ABŞ Səudiyyə koalisiyasını silahla təchiz edir.
Yəməndə müharibədə 10 mindən çox dinc sakin ölüb, 3 milyondan çox adam evindən didərgin düşüb.