Bu gün, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib.
Konfransda 100-dən yuxarı nümayəndə iştirak edib.
İclasın gedişində Anar Bağırov Vəkillər Kollegiyasına yeni sədr seçilib.
Bu ilin sentyabrında Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. Onun vəzifəsini müvəqqəti olaraq Fərhad Nəcəfov icra edib. Kollegiya öz tərkibində 900-dən çox vəkili birləşdirir.
A.Bağırov 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.
Son günlər mətbuatda onun adı çox tez-tez çəkilirdi. Bəzi mətbu orqanları yazırdılar ki, həbsdə olan jurnalist və siyasilərin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovun Penitensiar Xidmətin müraciəti əsasında kollegiyadan çıxarılması ilə bağlı keçirilən iclasda A.Bağırov xüsusi fəallığı ilə seçilib. Elə o vaxtdan A.Bağırov Vəkillər Kollegiyasının sədrliyinə real namizəd kimi dəyərləndirilirdi.