Böyük Britaniyanın ticarətə və ixraca yardım üzrə dövlət naziri Rona Ferhed Azərbaycana səfər edəcək.
Bu haqda Birləşmiş Krallığın Bakıdakı səfirliyindən bildiriblər.
Səfərin dekabrın 14-də başlayacağı, dekabrın 15-də başa çatacağı bildirilir.
Britaniyalı nazir iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edəcək. Həmin komissiyaya Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edir.