Pakistan yaxınlığında 17 sufi müsəlman batıb

Pakistanda sufi mərasimi, noyabr, 2017-ci il

Pakistanın cənub sahillərində güclü küləkdə bərə batıb, azı 17 sufi müsəlman ölüb, onlarla adam yaralanıb. Rəsmilər açıqlamanı dekabrın 7-də veriblər.

60-dan çox adamın olduğu bərə Sind vilayəti yaxınlığındakı adaya, sufi müsəlmanların ziyarətgahına gedirmiş. Bərə qədim Thatta şəhəri yaxınlığında batıb.

Karaçi, Hayderabad, Thatta şəhərlərindən olan dindarlar sufi müqəddəsi Pir Patanın doğum günüylə bağlı hər il keçirilən mərasimə gedirmişlər.

Ölənlərin içində qadınlar və uşaqlar var, 50-dən çox adam dənizdən salamat çıxarılıb. İtkin düşənlər var.

Pakistanda milyonlarla müsəlman sufi etiqadlıdır.