İstanbuldakı qırğına görə özbəyin məhkəməsi başlanır

Abdulkadir Masharipov

İstanbulda gecə klubundan 39 nəfəri öldürdüyünü boynuna aldığı bildirilən özbək Abdulkadir Masharipov-un məhkəməsi başlanır. Yeni il bayramında törədilmiş həmin hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürmüşdü.

Məhkəmə dekabrın 11-də İstanbulun Silivri həbsxana kompleksində, sərt təhlükəsizlik tədbirləri altında keçiriləcək.

Masharipov-un təqsiri sübuta yetirilsə, onu 40 ömürlük cəza gözləyir. Ona ittihamlar arasında “konstitusiya quruluşunu pozmağa cəhd”, “silahlı terrorçu qruplaşmaya üzvlük”, “birdən çox adamı qətlə yetirmək” var.

Onunla birlikdə 57 şübhəli məhkəmə önünə çıxarılacaq. Onlar həmin qırğınla və terrorçu şəbəkəyə üzvlüklə bağlı ittihamlarda suçlanırlar.

Masharipov-un həyat yoldaşı Zarina Nurullayeva da təqsirləndirilənlər arasındadır.

Masharipov polisin 17 günlük axtarışı nəticəsində həbs olunub. Ekspertlərin bildirməsinə görə, onun hüquq-mühafizə orqanlarına verdiyi dəlil İstanbulda böyük ekstremist şəbəkənin dağıdılmasına kömək edib. O, mühafizəçini güllələyib öldürdükdən sonra gecə klubuna girərək içəridəkilərə AK-47 avtomatından atəş açmaqda, qumbara partlamaqda ittiham olunur.