Saakaşvili yenidən azad edildi - Yenilənir

Ukrayna məhkəməsi müxalifətçi Mixeil Saakaşvili barəsində ev məhbusluğu cəzasının verilməsini istəyən prokurorların tələbini rədd edib.

Hakim Larisa Tsokol deyib ki, prokurorluğın tələbi rədd edilib.

Bundan əvvəl Saakaşvilini kriminal təşkilata köməkdə ittiham edən prokurorlar 49 yaşlı müxalifətçi barəsində məhkəməyə qədər 2 ay müddətinə ev məhbusluğu hökmünün çıxarılmasını istəmişdilər.

Saakaşvili ona qarşı ittihamların qondarma olduğunu bildirir.

AzadlıqRadiosu xəbər verir ki, Saakaşvilini faktiki olaraq sərbəst buraxan bu hökm elan edilərkən məhkəmə zalı keçmiş Gürcüstan prezidentinin tərəfdarları və jurnalistlərlə dolu idi.

Bundan əvvəl Saakaşvilinin 200-dək tərəfdarı polislə əlbəyaxa olmuşdu.

***

Dekabrın 11-də Ukraynada məhkəmə müxalifət lideri Mikheil Saakashvili barəsində qətimkan tədbiriylə bağlı qərarını verməlidir.

Saakashvili-nin Facebook səhifəsində qeyd olunub ki, o, Pechera rayon məhkəməsinə gətirilib.

Saakashvili dekabrın 8-də axşam saxlanıb. Daha öncə, dekabrın 5-də tərəfdarları onu polis maşınından çıxarmışdı.

MƏHKƏMƏDƏN CANLI YAYIM

Prokurorlar dekabrın 9-da bildiriblər ki, Saakashvili-nin məhkəməyə qədər elektron nəzarətlə ev dustağı edilməsini istəyəcəklər.

***

Mikheil Saakashvili-nin vəkilləri və tərəfdarları deyirlər ki, onun məhkəməsinin nə vaxt keçiriləcəyi barədə, hələlik, heç nə bəlli deyil. Ukraynada həbs olunmuş müxalifət lideri barədə məhkəmə bu günün sonunadək qərar çıxarmalıdır.

Dekabrın 10-da 2 min 500 nümayişçi Kiyevin mərkəzinə toplaşıb, Saakashvili-nin buraxılmasını, prezident Petro Poroshenko-nun impiçment olunmasını, yaxud istefasını tələb ediblər.

Saakashvili-nin müttəfiqi David Sakvarelidze dekabrın 10-da axşam deyib ki, Saakashvili-nin saxlanma müddəti dekabrın 11-də Ukrayna vaxtıyla axşam 10-da bitir.

QIRMIZI XƏTT

“Hələlik, məhkəməylə bağlı rəsmi informasiya almamışıq”, – Sakvarelidze Facebook səhifəsində yazıb.

“Görünür, sürpriz hazırlayırlar – məhkəməyə üç saat qalmış vaxtını elan edəcəklər”, – o, sözlərinə əlavə edib.

Bazar günü nümayişçilər Kiyevin mərkəzində Müstəqillik Meydanına doğru yürüş ediblər. 2013-14-cü illərdə bu meydanda bir neçə aylıq etirazlardan sonra keçmiş prezident Viktor Yanukovych istefa verməli oldu.

*** Buna da bax: Saakaşvilinin tərəfdarları 'impiçment yürüşü' keçirdilər

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru olan Saakashvili dekabrın 8-də saxlanıb, o, Yanukovych-in rəhbərlik etdiyi “kriminal qrup”la əlaqədə ittiham olunur.

Mikheil Saakashvili, arxiv fotosu

Saakashvili-nin həyat yoldaşı Sandra Roelofs yürüşdə deyib ki, “hakimiyyət artıq qırmızı xətti keçib – opponentləri həbsə atmırlar”.

Roelofs-un fikrincə, nümayişçilər Ukrayna prezidentinə göstərməlidirlər ki, “siyasət biznes, əhaliysə mal deyil”. Poroshenko prezident seçilməzdən öncə şokolad biznesini idarə edib.

KLEPTOKRATİYADAN DEMOKRATİYAYA KEÇİD

Saakashvili-nin müttəfiqi Yehor Sobolev də Poroshenko-nun istefasına çağırıb. O, dekabrın 7-də Poroshenko-nun fraksiyası tərəfindən parlamentin antikorrupsiya komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb.

“İmpiçment kleptokratiyadan demokratiyaya keçidin bir yoludur”, – Sobolev yürüşdə deyib.

*** Buna da bax: Saakashvili Maydana yeni yürüş təyin edir

Ukrayna rəsmilərinin iddiasına görə, Saakashvili-nin etirazları Rusiyanın Ukraynaya qarşı planının bir hissəsidir.

Gürcüstanın keçmiş prezidenti olmuş Saakashvili 2015-ci ildə Odessa-nın qubernatoru təyin olunub, bir ildən sonra istefa verib və Poroshenko-nun opponentinə çevrilib.

Saakashvili-nin vəkili və tərəfdarları dekabrın 9-da bildiriblər ki, müxalifət lideri həbsinə etiraz olaraq aclıq aksiyasına başlayır.